Bakı. 18 avqust. REPORT.AZ/ “Unibank” ASC-nin paytaxt və bölgələrdə yerləşən 5 filialı müştərilərin tələbatını nəzərə alaraq şənbə gününə olan iş rejimini bərpa edib. Artıq “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir.