“Unibank” güc strukturu işçiləri üçün xüsusi aksiya keçirir

“Unibank” güc strukturu işçiləri üçün xüsusi aksiya keçirir Bakı. 1 fevral. REPORT.AZ/ “Unibank” ASC fevralın 15-dək davam edən aksiya çərçivəsində güc strukturu işçilərinə nağd kredit faizlərində 2% endirim edəcək.
Maliyyə
1 Fevral , 2018 17:22
“Unibank” güc strukturu işçiləri üçün xüsusi aksiya keçirir
Report

Bakı. 1 fevral. REPORT.AZ/ “Unibank” ASC fevralın 15-dək davam edən aksiya çərçivəsində güc strukturu işçilərinə nağd kredit faizlərində 2% endirim edəcək.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Aksiya çərivəsində “Unibank” filiallarına müraciət edən güc strukturu işçiləri 15 min manatadək nağd krediti 36 ayadək müddətə əldə edə biləcəklər. Kampaniyanın digər üstünlüklərinə sığorta haqqının olmaması, kreditin aylıq minimum ödənişlərinin 19 manatdan başlaması, zamin tələbinin olmaması və s. daxildir.

Krediti Banka gəlmədən də (050) 778 8117 nömrəsinə (whatsapp) yazaraq, "Unibank Mobile"dan, Unibank.az saytından onlayn sifariş edərək və ya "Unibank" filiallarına müraciət edərək əldə etmək mümkündür.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq Bankın paytaxt və bölgələrdə yerləşən 15 saylı filial (S.Vurğun bağı yaxınlığında), 14 saylı filial (Beşmərtəbə), 13 saylı filial (İnşaatçılar), Nərimanov,  Əcəmi, Neftçilər filialları, 10 saylı filial (Əhmədli), 19 saylı filial (Bakıxanov), Mərdəkan, Xırdalan, Sumqayıt, Gəncə, Bərdə, Kəpəz, Mingəçevir, Tovuz, Quba, Şəmkir filiallları şənbə günləri də saat 10:00-dan 14:00-dək işləyir.

Son xəbərlər

Orphus sistemi