"Unibank" endirim kampaniyasına başlayıb

"Unibank" endirim kampaniyasına başlayıb Bank Yeni il ərəfəsində müştərilərə güzəştlər təqdim edəcək
Maliyyə
15 Dekabr , 2015 16:48
Unibank endirim kampaniyasına başlayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Unibank" ASC Yeni il bayramı ilə əlaqədar endirim kampaniyasına başlayıb. Dekabrın 31-dək "Unibank" filiallarına müraciət edən ölkə vətəndaşları nağd kreditin illik faiz dərəcəsinə 2% endirim əldə edəcəklər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hazırda bankda 10 min manatadək nağd manat kreditləri 36 ayadək müddətə verilir.

Qeyd edək ki, "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi