"Unibank" dollar əmanətlərini ucuzlaşdırıb

"Unibank" dollar əmanətlərini ucuzlaşdırıb Sığortalı dollar əmanətlərinin illik gəlirliliyi dəyişməyib
Maliyyə
18 Avqust , 2016 14:21
Unibank dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 18 avqust. REPORT.AZ/ "Unibank" ASC ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məsələn, əgər indiyə qədər dollarla yerləşdirilmiş sığortasız əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq illik 5,5-6% dividend ödənilirdisə, hazırda illik faizlər 4,5-5%-dir. Sığortalı dollar əmanətlərinin illik gəlirliliyi isə dəyişməyib. Bu növ əmanətlərə görə illik 3% divident ödənilir.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi