"Unibank" daha bir irihəcmli kredit ayırıb

"Unibank" daha bir irihəcmli kredit ayırıb Bu, 2,3 mln. dollarlıq kredit "Perа Plastik Qrup"a verilib
Maliyyə
10 Sentyabr , 2015 13:55
Unibank daha bir irihəcmli kredit ayırıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Unibank" ASC tərəfindən ixrac yönümlü şirkətlərə dəstək məqsədi ilə “Perа Plastik Qrup” MMC-yə 2,3 mln. ABŞ dolları həcmində kredit verilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, krediti bankın bu il açılan “Unibank Biznes Mərkəzi” filialı tərəfindən ayrılıb. 

Azərbaycanın istehsal sahələrində ümumilikdə 800 nəfər işçisi olan “Perа Plastik Qrup” şirkəti, "Unibank"dan ayrılan böyük həcmdə kredit sayəsində işçi heyətini 1 000 nəfərə çatdırmağı planlaşdırır. 

“Perа Plastik Qrup” şirkəti "Unibank"la 2007-ci ildən əməkdaşlıq edən korporativ müştərilərdəndir. “Perа Plastik Qrup” fəaliyyətə 1996-cı ildə başlayıb və MDB-də polipropilen parçadan sənaye qablaşdırması istehsal edən ən böyük şirkətlərdən biri hesab olunur. Şirkət tərəfindən istehsal olunan məhsullar İran, Rusiya, Orta Asiya və Avropa ölkələrinə ixrac olunur. 

Son xəbərlər

Orphus sistemi