İlk xəbər saat 16:40-da verilib
Bakı. 19 fevral. REPORT.AZ/ "Unibank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.
Qeyd edək ki, hazırda Bankın İdarət Heyətinin tərkibi sədr Faiq Hüseynov və iki üzv - Asəf Hüseynov və Emin Rəsulzadədən ibarətdir. E.Rəsulzadə həm maliyyə direktoru, həm də baş maliyyə inzibatçısıdır.
***
Bununla yanaşı, "Unibank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub. Mixael Noymayr (Michael Neumayr) Müşahidə Şurasına yeni üzv təyin olunub. O bu vəzifədə Andreas Zaysleri əvəz edib. Hazırda Bankın Müşahidə Şurasınn tərkibi sədr Eldar Qəribov və yeddi üzvdən ibarətdir.