Yuxarı

"Unibank"da daha bir kadr dəyişikliyi olub

Müşahidə Şurasının üzvlüyündən bir nəfər çıxıb, Şura sədrinin müşaviri isə işdən ayrılıb

Bakı. 26 fevral. REPORT.AZ/ "Unibank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, Zoltan Salai Müşahidə Şurasına yeni üzv təyin edilib. Culian Huli isə Müşahidə Şurasının üzvlüyündən çıxıb. Bundan başqa, Müşahidə Şurası sədrinin müşaviri Samir Balayev də işdən ayrılıb.

Qeyd edək ki, hazırda Müşahidə Şurasının tərkibi sədr Eldar Qəribov, sədrin müavini Vaqif Qəribli və beş üzvdən - Zoltan Salai, Mixael Noymer, Ernst Velteke, Elxan Qəribli və Emin Quliyevdən ibarətdir.  


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi