"Unibank" bu il 1,5 mln. manat ipoteka krediti verib

"Unibank" bu il 1,5 mln. manat ipoteka krediti verib 2006-cı ildən bu günə qədər bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib
Maliyyə
28 Fevral , 2017 11:09
Unibank bu il 1,5 mln. manat ipoteka krediti verib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu ilin əvvəlindən indiyə qədər "Unibank" ASC ümumi məbləği 1,5 mln. manat olan ipoteka krediti ayırıb.

Bu barədə "Report" Banka istinadən xəbər verir.

Məlumata görə, 2016-ci ilin sonunda "Unibank"a ayrılmiş 2 mln. manatlıq adi və 2 mln. manatlıq sosial ipoteka limiti tam şəkildə bölünüb. Bu günlərdə "Azərbaycan İpoteka Fondu" ASC-nin Banka ayırdğı əlavə 5 mln. manatlıq vəsaitin istifadəsi ilə bağlı isə 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, "Unibank" 2006-cı ildən dövlət xətti ilə ipoteka krediti verir. Bankın ümumi ipoteka krediti portfeli isə 39,2 mln. manatı ötüb. 2006-cı ildən bu günə qədər bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.

İpoteka kreditləri "Unibank"ın Bakıda “17 saylı” (“Sahil”), “Yasamal” və “8 saylı” filiallarında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Qeyd edək ki, "Unibank" ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- "Unibank Mobile"dan ödəyə bilərlər. 

Son xəbərlər

Orphus sistemi