“Unibank” biznes kreditləri üzrə kampaniya keçirir

“Unibank” biznes kreditləri üzrə kampaniya keçirir Bakı. 11 yanvar. REPORT.AZ/ “Unibank” ASC biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq.
Maliyyə
11 Yanvar , 2018 12:24
“Unibank” biznes kreditləri üzrə kampaniya keçirir
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ “Unibank” ASC biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq.

“Report” bu barədə banka istinadən xəbər verir.

“Unibank”ın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-nə qədər Bankda hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək.

“Unibank”ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. “Unibank Mobile Business” (http://onelink.to/um-business), “İnternet Banking” və “Telegram Bot” biznes sahiblərinə harada olmalarından asılı olamayaraq 24/7 rejimində öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır. Həmçinin sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-a qədər“Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi