Yuxarı
    Bağlamaq

    “Unibank” biznes kreditləri ilə bağlı aksiya keçirir

    Bu aksiya sentyabrın sonunadək davam edəcək
    © Report

    Bakı. 28 avqust. REPORT.AZ/ “Unibank” ASC 25 illik yubileyi ərəfəsində biznes kreditləri ilə bağlı aksiya keçirir. Bu aksiya çərçivəsində sentyabrın sonunadək Bankdan kredit götürən biznes sahibləri kreditləri komissiyasız əldə edə biləcəklər.

    “Report” bu barədə Banka istinadən xəbər verir.

    İdarə Heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev bildirib ki, yaxın illərdə kiçik və orta sahibkarlığın kreditləşdirilməsində bazar payının artırılması ilə bağlı iddialı hədəflər var: “İqtisadiyyatda müsbət tendensiyaların artması, qeyri-neft sektorunun tədricən inkişafı, 2017-2019-cu illərə nəzərdə tutulan iri neft-qaz, infrastruktur və logistika layihələrinin həyata keçirilməsi, biznes mühitində yaxşılaşmalar, ölkədə aparılan islahatlar nəticəsində yaxın illərdə biznesin inkişafı üçün çox böyük potensial görürük. Qarşıdakı illər ərzində rəqəmsal bankçılıq sahəsində bir çox layihələri həyata keçirməyi, həmçinin daxili proseslərin avtomatlaşdırılması, mobil və internet platformalarının inkişafını planlaşdırırıq. Bizim əsas vəzifələrimizdən biri də onlayn seqmentdə iştirakın genişləndirilməsidir”.

    Biznes sahibləri aksiyada iştirak və "Unibank"ın bank xidmətlərindən faydalanmaq üçün bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”,  “Yasamal” filialları və “Unibank Biznes Mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi