​"Unibank" bazara yeni kredit məhsulu çıxarıb

​"Unibank" bazara yeni kredit məhsulu çıxarıb Kredit 12-84 ay müddətinə təqdim olunur
Maliyyə
16 Sentyabr , 2015 12:48
​Unibank bazara yeni kredit məhsulu çıxarıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Unibank" ASC 25-60 yaşında olan bütün potensial müştərilər üçün yeni girov təminatlı “Böyük arzu” kredit məhsulunu istifadəyə verib. "Report"un banka istinadən verdiyi xəbərə görə, “Böyük arzu” krediti müvafiq girov təminatı əsasında rəsmiləşdirilir. Bu kreditin minimal məbləği 7 min USD/AZN, maksimal məbləği isə 30 min USD/AZN təşkil edir.

Bu kredit məhsulu üzrə illik faiz dərəcəsi 20%-dən başlayır və kredit 12 aydan 84 ayadək ayrılır.

"Unibank" hazırda 40 filialı ilə xidmət edir. Müştərilərə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi