Yuxarı

Unibank kartlarının balansında yaranan dəyişikliklər həll olunub - YENİLƏNİB

​"Unibank" ASC-nin debet kartlarından vəsaitlərin silinməsinin səbəblə

203

Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb.

"Report"un məlumatına görə, bu barədə bankdan bildirilib.

"Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub. Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!"


***00:47

Dünən axşam saatlarından etibarən "Unibank" ASC-nin debet kartlarından vəsaitlərin silinməsinə başlanıb.

"Report" xəbər verir ki, bu barədə bankın plastik kart istifadəçiləri məlumat verib.

Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”, - deyə "Unibank"ın açıqlamasında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi