Bakı. 7 fevral. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi ilə Azərbaycanın "Unibank" ASC arasında əməkdaşlıq sona çatıb.
"Report" "Moody's" agentliyinə istinadən xəbər verir ki, bu, Banka verilən yerli və xarici valyutada qısa və uzunmüddətli depozit reytinqləri, kredit qiymətləndirilməsi üzrə baza reytinqi, qarşılıqlı risk qiymətləndirilməsi reytinqini əhatə edir.
"Unibank" ASC-dən "Report"a verilən məlumata görə, əməkdaşlığın dayandırılması Bankın təşəbbüsü ilə həyata keçirilib.