"Unibank" ASC "Dalğıc"a ayırdığı krediti ucuzlaşdırıb və qısaldıb

"Unibank" ASC "Dalğıc"a ayırdığı krediti ucuzlaşdırıb və qısaldıb Cəlb olunan vəsait yeni avadanlığın alınmasına sərf olunacaq
Maliyyə
4 Sentyabr , 2015 12:04
Unibank ASC Dalğıca ayırdığı krediti ucuzlaşdırıb və qısaldıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Unibank" ASC tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 1,5 mln. ABŞ dolları həcmində kredit ayrılıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit “Unibank-Biznes Mərkəzi” filialı tərəfindən təqdim edilib.

"Dalğıc" MMC-dən isə "Report"a bildirilib ki, bu kredit illik 10,25% olmaqla 4 il müddətinə verilib. Cəlb olunan əlavə vəsait yeni avadanlığın alınması və həmin avadanlıqların saxlanılması üçün bazaların tikintisinə sərf olunacaq.

Bildirək ki, ötən ilin avqust ayında da "Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən "Dalğıc" şirkətinə 10 mln. dollar məbləğində kredit ayırıb. Yeni avadanlığın alınması üçün nəzərədə tutulan həmin kredit illik 11,25% olmaqla 5 il müddətinə verilib. Qeyd edək ki, bu layihə EBRD-nin Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyü olub.

Qeyd edək ki, "Dalğıc" MMC bankın ən böyük korporativ müştərilərindəndir. Fəaliyyətə 1996-cı ildə başlayan “Dalğıc”ın əsas fəaliyyəti Xəzərdə icra olunan dalğıc işləri, 60 metrədək dərinlikdə sualtı-texniki işlər, 1 000 metrədək dərinliklərdə isə HSA (Heyətsiz Sualtı Aparat) sistemini istifadə etməkdir. Bu, həmin sahədə fəaliyyət göstərən yeganə milli şirkətdir.

Son xəbərlər

Orphus sistemi