“Unibank”a kənar auditor təyin edilib

“Unibank”a kənar auditor təyin edilib Xaləddin Əliyev bankın 2016-cı ildəki fəaliyyətini audit edəcək
Maliyyə
18 Aprel , 2017 17:23
“Unibank”a kənar auditor təyin edilib
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda Xaləddin Cəlal oğlu Əliyev Bankın kənar auditoru təyin edilib.

O, “Unibank”ın 2016-cı ildəki fəaliyyətini audit edəcək.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi