"Unibank" 500 min manata qədər biznes kreditləri təklif edir

"Unibank" 500 min manata qədər biznes kreditləri təklif edir Kreditləri 2 ilə qədər müddətə götürmək olar
Maliyyə
21 Noyabr , 2016 14:46
Unibank 500 min manata qədər biznes kreditləri təklif edir

Bakı. 21 noyabr. REPORT.AZ/ "Unibank" ASC biznes sahibləri üçün manat kreditləri təklif edir. 

Bankdan "Report"a verilən məlumata görə, iri, orta və kçik biznes sahibləri 500 manatdan 500 000 manatadək kreditləri 24 ayadək ala bilərlər.

"Hazırda ölkədə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və "Unibank" davamlı olaraq onlara dəstək verir. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü ilə məşğul olan, öz biznesi olan sahibkarlar Bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, "Unibank"dan sərfəli manat kreditləri götürə bilərlər. Öz ev təsərrüfatını genişləndirmək istəyənlər üçün də "Unibank" sərfəli manat mikrokreditlər təklif edir", - deyə Bankın açıqlamasında qeyd olunur.

Qeyd edək ki, "Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə vətəndaşların xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi