Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb

Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 535 mln. 968 min manatdan artıq ümumi daxili məhsul istehsal edilib.
Maliyyə
23 Aprel , 2019 10:07
Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 535 mln. 968 min manatdan artıq ümumi daxili məhsul istehsal edilib.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 11 mln. 782 min manat və ya 2,25% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artaraq 1 174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7% təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2%, kənd təsərrüfatı məhsulu 2,4%, nəqliyyat sektorunda yük daşınması 2,3%, informasiya və rabitə xidmətləri 3,3% artıb. 

Son xəbərlər

Orphus sistemi