Ukraynanın qızıl-valyuta ehtiyatları 17% artıb

Ukraynanın qızıl-valyuta ehtiyatları 17% artıb Dördillik proqram çərçivəsində Ukrayna İMF-dən 17,5 mlrd. dollar alacaq
Maliyyə
6 Yanvar , 2017 19:37
Ukraynanın qızıl-valyuta ehtiyatları 17% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Ukraynanın qızıl-valyuta ehtiyatları 2016-cı ildə 17% artaraq 15,5 mlrd. ABŞ dolları təşkil edib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Mərkəzi Bankının (NBU) mətbuat xidməti tərəfindən verilib.

Bildirilib ki, Ukraynanın 2015-ci il yanvarın 1-ə qızıl-valyuta ehtiyatlarının həcmi 7 533 mln. dollar, 2016-cı ilin əvvəlində isə 13,3 mlrd. dollar olub. Dekabr ayında isə beynəlxalq ehtiyatları 1,8% artıb. Hesabatda dekabr ayında beynəlxalq ehtiyatların artmasına hökümətin hesabına 607,9 mln. dollar vəsaitin daxil olması göstərilib. Bu vəsaitlərin 550,4 mln. dollarlıq qismi xarici bazarlarda dövlət istiqrazlarının yerləşdirilməsindən, 55,1 mln.avroluq hissəsi isə Avropa komissiyasından təmin edilib. 

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında Beynəlxalq Valyuta Fondu (İMF) tərəfindən Ukraynaya 1,3 mlrd. dollar həcmində 4-cü kredit tranşının ayrılacağı gözlənilir. Ümumilikdə İMF-in 4 illik maliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 17,5 mlrd. dollar vəsaitin ayrılması nəzərdə tutulub ki, bunlardan 2015-ci ilin mart ayında 5 mlrd., avqustda 1,7 mlrd., 2016-cı ilin sentyabr ayında isə 1 mlrd. dollar ödənilib. 

Son xəbərlər

Orphus sistemi