Yuxarı
    Bağlamaq

    ​Ukraynanın beynəlxalq valyuta ehtiyatları bir ilə 36% artıb

    Ehtiyatların artması xarici borcların qaytarılması fonunda baş verir

    Bakı. 6 avqust. REPORT.AZ/ Son bir ildə Ukraynanın beynəlxalq valyuta ehtiyatları 35,7% artaraq 14 mlrd. ABŞ dollarına çatıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Bankından bildirilib.

    "Valyuta ehtiyatları 4 aydır ki, artmaqdadır. İyul ayında bu artım cəmi 94 mln. dollar olsa da, son 12 ayda 35,7%-lik artım var" - deyə, qurumdan qeyd edilib.

    Mərkəzi Bank həmçinin bəyan edib ki, ehtiyatların artması xarici borcların qaytarılması fonunda baş verir. Belə ki, iyulda bu məqsədlə 329,7 mln. dollar xərclənib. Bunun 232,8 mln. dolları dövlət qiymətli kağızlarına üzrə borca xidmət edilməsinə sərf olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi