​Ukraynada son iki ildə real iqtisadi artım müşahidə olunub

​Ukraynada son iki ildə real iqtisadi artım müşahidə olunub 2016-cı ildə 1,1% iqtisadi artım gözlənilir
Maliyyə
23 İyun , 2016 19:53
​Ukraynada son iki ildə real iqtisadi artım müşahidə olunub

Bakı. 23 iyun. REPORT.AZ/ Ukraynada son iki ildə 2 dəfə real iqtisadi artım müşahidə olunub. 

"Report" xəbər bverir ki, bu barədə Ukrayna Mərkəzi Bankının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Dövlət Statistika Komitəsinin dəqiqləşdirilmiş nəticələrinə əsasən, 2016-cı ilin ilk rübündə real ÜDM illik müqayisədə 0,1% artıb. 2015-ci ilin son rübü ilə müqayisədə isə real ÜDM 0,7% azalıb.

Ukrayna Mərkəzi Bankı 2016-cı il ilk rübündə iqtisadi artım templərinə mane olan səbəblər arasında Rusiyanın tranzit məhdudiyyətləri və yanvar ayında pis hava şəraitini göstərib. Mərkəzi Bank 2016-cı il yekununda 1,1% iqtisadi artım əldə olunacağını proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi