Yuxarı
    Bağlamaq

    Ukraynada fiziki şəxslərə nağd hesablaşmalar üzrə gündəlik limit azaldılıb

    Qərarın qeyri-nağd hesablaşmaların həcmini artıracağı gözlənilir

    Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gündən Ukrayna Mərkəzi Bankı (UMB) fiziki şəxslərə nağd hesablaşmalar üçün müəyyən edilmiş gündəlik limiti 3 dəfə azaldıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məbləğ 150 min qrivnadan (5 500 ABŞ dolları) 50 min qrivnaya (1 800 dollar) salınıb. 

    UMB-nin bununla bağlı yaydığl açıqlamada bildirilir ki, qəbul olunmuş qərara əsasən, fiziki şəxslərin müəssisələrlə gündəlik nağd hesablaşma həcmi və öz aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı əqdinə uyğun olaraq nağd hesablaşma həcmi 50 min qrivnadan artıq ola bilməz. Qurumun bununıa nağd pul kütləsinin bank sisteminə sabit daxil olmasını və iqtisadiyyatın qeyri-nağd hesablaşmalar sektorunun inkişafını təmin etmək niyyətindədir. 

    UMB-də hesab edirlər ki, bu halda qeyri-nağd hesablaşmalar hər hansı məhdudiyyət olmadan həyata keçiriləcək və hər bir bank müştərinin tələbinə uyğun olaraq qeyri-nağd köçürmələri həyata keçirməyə məcbur olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi