Yuxarı
    Bağlamaq

    Ukrayna Milli Bankının sədri istefa verib

    Buna səbəb onun korrupsiyada ittiham edilməsidir

    Bakı. 10 aprel. REPORT.AZ/ Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.

    Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankı (NBU) ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir. Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən "TCH" kanalına müsahibəsində bildirib.

    NABU hazırda mərkəzi bankın kommersiya banklarına pul vəsaitlərinin ofşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir.

    A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər ofşor hesablara və ya xarici banklara ötürülüb. Əməliyyat çərçivəsində NBU binasında axtarışlar aparılıb və lazımi sənədlər götürülüb. NABU rəhbəri həmçinin qeyd edib ki, "fikrimizcə, mərkəzi bankın iştirakı olmadan böyük həcmdə pul vəsaitinin xaricə köçürülməsi mümkün deyil".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi