Yuxarı
    Bağlamaq

    ​Ukrayna Milli Bankı Azərbaycandan iki pulköçürmə sistemini qeydiyyata alıb - FOTO

    UMB beynəlxalq ödəniş sistemlərinin yenilənmiş reyestrini dərc edib

    Bakı. 7 may. REPORT.AZ/ Ukrayna Milli Bankı (UMB) ödəmə təşkilatları qeyri-rezidentlər olan beynəlxalq ödəmə sistemlərinin yenilənmiş reyestrini dərc edib.

    "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, xüsusilə, UMB-nin pul vəsaitlərinin beynəlxalq köçürmə sistemləri siyahısı bir dəfəyə Azərbaycandan olan iki ödəmə sistemi - "Xəzri" (Kapital Bank tərəfindən yaradılıb) və "Caspian Money Transfer" ("Zaminbank" tərəfindən yaradılıb) ilə genişlənib.

    Milli Bank bu ödəmə sistemləri barədə aprelin 28-də məlumat dərc edib.

    "Xəzri" təcili pulköçürmə sistemi 2007-ci ildə "Kapital Bank" tərəfindən yaradılıb və fiziki şəxslər arasında bankda cari hesab açılmadan pul köçürmələrinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

    "Caspian Money Transfer" sistemi fiziki şəxslər üçün cari hesab açılmadan nəzərdə tutulan Azərbaycanın birinci beynəlxalq təcili pul köçürmələri sistemidir. Bütövlükdə, "Caspian Money Transfer" fiziki şəxslərə Azərbaycan daxilində və əks istiqamətdə, həmçinin MDB, Baltika, yaxın və uzaq xarici ölkələrin bankları arasında pul köçürmələri aparmaq imkanı yaradır. Bu sistemə MDB ölkələrinin aparıcı bankları qoşulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi