Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb Bu, 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq məqsədi daşıyır
Maliyyə
25 May , 2017 16:28
Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Bakı. 25 may. REPORT.AZ/ Ukrayna Milli Bankı (Mərkəzi Bank) pul-kredit siyasətinin yumşaldılması kursunun davam etdirilməsi çərçivəsində uçot dərəcəsini daha 0,5 faiz bəndi azaldılaraq 12,5%-ə endirib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar sabahdan qüvvəyə minəcək. 

Bu, son 1 ayda Ukraynada uçot dərəcəsinin ikinci dəfə azaldılmasıdır. 2015-ci ilin mart-avqust aylarında isə Ukraynada uçot dərəcəsi 30% təşkil edib və tarixi maksimuma çatıb.

Milli Bankın məlumatında bildirilib ki, uçot dərəcələrinin azaldılması 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq zərurəti əsasında həyata keçirilir. Qeyd edək ki, aprel ayında Ukraynada inflyasiya illik müqayisədə 12,2% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi