Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi artırıb

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi artırıb Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankının (NBU) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi 14,5%-dən 16%-ə yüksəldilib.
Maliyyə
25 Yanvar , 2018 16:59
Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi artırıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankının (NBU) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi 14,5%-dən 16%-ə yüksəldilib.

"Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsidir. 

NBU-dan verilən açıqlamada bildirilir ki, ortamüddətli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək. Qərardan sonra Ukraynada ABŞ dollarının məzənnəsi 0,7% azalaraq 28,75 qrivnaya düşüb. 

Qeyd edək ki, sonuncu dəfə Ukraynada uçot dərəcəsi ötən il dekabrın 14-da 13,5%-dən 14,5%-ə çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi