Ukrayna MDB nəzdində iqtisadi komissiya haqqında sazişdən çıxıb

Ukrayna MDB nəzdində iqtisadi komissiya haqqında sazişdən çıxıb Bakı. 13 fevral. REPORT.AZ/ Ukrayna hökuməti birtərəfli qaydada MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası nəzdində Məsləhətverici İqtisadi İşçi Komissiyasının yaradılmasına dair sazişdən çıxıb.
Maliyyə
13 Fevral , 2019 19:39
Ukrayna MDB nəzdində iqtisadi komissiya haqqında sazişdən çıxıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ukrayna hökuməti birtərəfli qaydada MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası nəzdində Məsləhətverici İqtisadi İşçi Komissiyasının yaradılmasına dair sazişdən çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, ölkənin Nazirlər Kabinetinin fevralın 13-də keçirilən iclasında baş verib.

Saziş 1992-ci il oktyabrın 9-da Bişkekdə imzalanıb və tərəfləri kimi Ukrayna, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan çıxış edib.

Qeyd olunub ki, sənəd dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın inkişafı üçün təkliflərin hazırlanması, habelə təsərrüfatın konkret sahələri üzrə çoxtərəfli həllərin həyata keçirilməsi məqsədilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi