Yuxarı

Ukrayna Azərbaycanla "İpək yolu" üzrə ara tariflərini müzakirə edəcək

İki ölkənin dəmir yolları rəhbərləri səviyyəsində görüş keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Ukrayna Dəmir Yolları" ASC rəhbərliyi Azərbaycan və Gürcüstandan olan həmkarları ilə "İpək yolu" layihəsi çərçivəsində bu ölkələrin ərazisi ilə yük daşımalarının ara tariflərini müzakirə etmək niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan məlumat verib.

"Konfrans çərçivəsində Ukrayna, Gürcüstan, Azərbaycan dəmir yolları rəhbərləri səviyyəsində görüş keçiriləcək, bir sıra sahə məsələləri, xüsusilə, ara tarifləri müzakirə olunacaq. Əsas məqsəd cənubi "İpək yolu" və Fars körfəzi ölkələri istiqamətində yüklərin cəlb olunmasıdır", - deyə Omelyan cümə axşamı beynəlxalq konfrans zamanı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi