​Ukrayna Azərbaycan istiqamətində sığorta polislərinin qiymətini qaldırıb

​Ukrayna Azərbaycan istiqamətində sığorta polislərinin qiymətini qaldırıb Qərar fevralın 18-dən qüvvəyə minib
Maliyyə
18 Fevral , 2016 22:54
​Ukrayna Azərbaycan istiqamətində sığorta polislərinin qiymətini qaldırıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ukraynanın Mühərrik (nəqliyyat) Sığorta Bürosu fevralın 18-dən avtomobil nəqliyyatı ilə xaricə gedənlər üçün "Yaşıl kart" sığorta polislərinin qiymətini 9,8% artırıb.

"Report" xəbər verir ki, bu barədə Büronun məlumatında bildirilir.

Bu gündən etibarən Azərbaycana getmək istəyən minik avtomobilləri üçün polislərin dəyəri 15 günə görə 20 dollar (əvvəl 18 dollar), bir aya görə 29 dollar (əvvəl 26 dollar), yarım il üçün 66 dollar (əvvəl 60 dollar), bir il üçün 94 dollar (əvvəl 86 dollar) təşkil edəcək.

Ukraynanın "Yaşıl kart" polisləri Azərbaycan ərazisində 1 yanvar 2016-cı il tarixindən fəaliyyət göstərməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi