Yuxarı
    Bağlamaq

    Uinklvos qardaşları bitkoinin 320 min dollara qədər bahalaşacağını düşünürlər

    Proqnoz: Kriptovalyuta bazarının tənzimlənməsi qiymətləri daha da artıracaq

    Bakı. 9 fevral. REPORT.AZ/ Bitkoinin sadiq fanatları olan Uinklvos (Winklevoss) qardaşları nəinki onun hökumətlər tərəfindən nəzarətə götürüləcəyindən qorxurlar, hətta bu prosesi dəstəkləyirlər. 

    "Report" xəbər verir ki, bu barədə Uinklvoss qardaşlarından Taylor (Tyler) "Bloomberg TV"yə müsahibəsində bildirib. Onlar bitkoinin qiymətinin 40 dəfə artacağını ehtimal edirlər.

    Qeyd edək ki, Uinklvos qardaşları bir neçə gün öncə "Forbes" jurnalı tərəfindən 0,9-1,1 mlrd. dollar sərvətləri ilə kriptovalyutalarla zənginləşən biznesmenlər arasında 4-cü sırada qərarlaşıblar.

    "Gemini" kriptovalyuta birjasının təsisçisi və rəhbəri olan Taylor Uinklvos müsahibəsində bildirib ki, rəqəmsal texnologiyalar tənzimləmə və nəzarət olmadan inkişaf edə bilməz. Onların hüquqi statusu ilə bağlı optimal tarazlığın əldə olunması kriptovalyutalar üçün böyük nailiyyət olacaq və onların qiyməti kəskin artacaq.

    Qardaşların fikrincə, kriptovalyuta bazarının tənzimlənməsi investorların inamını artıracaq. Bu da öz növbəsində tələbi artıraraq qiymətləri yüksəldəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi