Yuxarı

UBS-in aktivləri 2,5 trilyon dollara çatıb

UBS-in aktivləri 2,5 trilyon dollara çatıb

İsveçrənin maliyyə holdinqi UBS-in aktivləri bu ilin III rübündə 15,7 milyard ABŞ dolları artaraq 2,5 trilyon dollara çatıb. Artım əlavə kapital cəlb edilməsi hesabına baş tutub. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, ötən rüb UBS aktivlərinin idarə edilməsindən 24,1 milyard dollar xalis mənfəət əldə edib. 

Qurumun baş direktoru Sergi Ermotti bəyan edib ki, gəlirlərin artırılması üçün yeni addımlar atılacaq. 

Xatırladaq ki, qlobal maliyyə böhranından sonra UBS investisiya bankçılığından vəsaitlərin idarə edilməsi üzrə bankçılığa keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi