Yuxarı

UBS bu il FED-in uçot dərəcəsini 2 mərhələdə artıracağını proqnozlaşdırır

Bakı. 14 yanvar. REPORT.AZ/ İsveçrənin maliyyə qurumu - “UBS Group Wealth Management” bazar iştirakçılarının gözləntilərinin əksinə olaraq bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2 mərhələdə artıracağını proqnozlaşdırır. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Sinqapurda açıqlama verən UBS-in Asiya və Sakit okean regionu üzrə baş investisiya idarəsinin rəhbəri Min Lan Tan böyüyən ABŞ iqtisadiyyatı və böhran riskinin aşağı olmasının FED-in borclanma faizlərini artırması üçün imkan yaratdığını deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi