Türkiyənin xarici borcu tarixi rekord həddə çatıb

Türkiyənin xarici borcu tarixi rekord həddə çatıb Türkiyənin xarici borcunun ÜDM-ə nisbəti 47,2%, xalis xarici borcun ÜDM-ə nisbəti isə 29,5% olub
Maliyyə
31 Mart , 2017 19:34
Türkiyənin xarici borcu tarixi rekord həddə çatıb

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin xarici borcu 2017-ci il yanvarın 1-nə 404,2 mlrd. ABŞ dolları, xalis xarici borcu isə 252,7 mlrd. dollar təşkil edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xəzinədarlığı məlumat yayıb. 

İllik müqayisədə Türkiyənin borcu 2% artıb. Hesabata görə, Türkiyənin xarici borcunun ÜDM-ə nisbəti 47,2%, xalis xarici borcun ÜDM-ə nisbəti isə 29,5%-ə bərabər olub. 

Xarici borcun ÜDM-ə nisbəti son 14 ilin ən yüksək həddinə çatıb. Belə ki, 2003-cü il yanvarın 1-nə bu göstərici 54,8% olub.

Xalis dövlət borcu 2017-ci il yanvarın 1-nə 218,9 mlrd. lirə və ya 62 mlrd. dollar, ÜDM-ə nisbəti isə 8,4% təşkil edib. Avropa İttifaqına borcun məbləği isə 732,8 mlrd. lirə və ya 207,6 mlrd. dollar, borcun ÜDM-ə nisbəti 28,3% olub.

Xatırladaq ki, Türkiyənin xarici borcu illik yekun göstəricilərinə əsasən tarixi rekord səviyyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi