Yuxarı
    Bağlamaq

    Türkiyənin "Suveren" fondu maliyyə bazarlarına müdaxilə edə bilər

    Türkiyə daxili valyuta bazarında dollara tələbi azaltmağa çalışır

    Bakı. 9 mart. REPORT.AZ/ Türkiyənin "Suveren" fondu ölkənin maliyyə bazarlarında baş verəcək hər hansı spekulyativ hərəkətlərə qarşı etimad funksiyası daşıyacaq, lazım gələrsə müdaxilə edə biləcək. "Report", "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Londonda verdiyi açıqlamasında bildirib. 

    Türkiyədə valyuta məzənnəsinin öz tarazlıq nöqtəsini tapacağını açıqlayan nazir, perspektivdə həyata keçirəcəkləri tədbirləri sadalayıb. Zeybəkçi, Türkiyədən azad ticarət zonasına və əksinə həyata keçirilən satışlarda transfer edilən vəsaitin lirəyə çevrilməsi ilə bağlı məcburiyyətdən yaranan qərar qəbul edəcəklərini deyib. Bu da maliyyə bazarından ABŞ dollarına tələbin 6-7 mlrd. azalacağına gətirib çıxaracaq: "Bu vaxta qədər adı çəkilən əməliyyatlarda istifadə olunan valyuta növündə xarici valyuta məcburiyyəti var idi, indi bunu dəyişirik".

    Qeyd edək ki, Türkiyədə dövlətin mülkiyyətində olan bir sıra müəssisələrin - "Ziraat Bankası"nın, "Borsa İstanbul"un, "BOTAŞ" şirkətinin xəzinədarlığı 100%, "Türk Telekom" şirkətinin xəzinədarlığının isə 6,68%-lik hissəsi Nazirlər Kabinetinin qərarı ilə bir qədər əvvəl yaradılan "Suveren Fond"a ötürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi