Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb Xarici investorlar ötən həftə 2,1 mlrd. dollarlıq qiymətli kağız alıblar
Maliyyə
27 İyul , 2017 18:32
Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları 15-21 iyul həftəsi ərzində 368 mln. ABŞ dolları və yaxud 0,35% azalaraq 104,764 mlrd. dollara enib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 40 mln. dollar və yaxud 0,21% artaraq 18,941 mlrd. dollar, valyuta ehtiyatları isə 408 mln. dollar və yaxud 0,47% azalaraq 85,823 mlrd. dollar olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 34,8% artıb, valyuta ehtiyatları isə 6,77% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 1,26% azalıb.

Xatırladaq ki, hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarından xalis 2,1 mlrd. dollarlıq qiymətli kağızlar alıblar.

Son xəbərlər

Orphus sistemi