Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb Qeyri-rezidentlər ötən həftə 140 mln. dollarlıq qiymətli kağızı satıb
Maliyyə
16 Fevral , 2017 16:22
Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 4-10 fevral həftəsində 1,665 mlrd. ABŞ dolları və ya 1,55% artaraq 109,120 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 388 mln. dollar və ya 2,44% artaraq 16,321 mlrd. dollara, valyuta ehtiyatları isə 1,277 mlrd. dollar və ya 1,4% artaraq 92,799 mlrd. dollara çatıb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 16,16% artıb, valyuta ehtiyatları isə 0,81% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 2,84% artıb.

Qeyd edək ki, qızıl ehtiyatlarında artım qlobal qızıl bazarındakı bahalaşma ilə bağlı olub.

Hesabat dövründə qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 140 mln. dollarlıq satış həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi