Yuxarı

Türkiyənin qızıl-valyuta ehtiyatları bir qədər də azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları bir qədər də azalıb

22

İlin əvvəlindən beynəlxalq ehtiyatlar 3%-dən çox azalıb

Bakı. 4 may. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 22-28 aprel həftəsində 232 mln. ABŞ dolları və ya 0,22% azalaraq 102 735 mln. dollara düşüb.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 319 mln. dollar və ya 1,83% artaraq 17 748 mln. dollara, valyuta ehtiyatları isə 551 mln. dollar və ya 0,64% azalaraq 84 987 mln. dollara bərabər olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 26,31% artıb, valyuta ehtiyatları isə 7,67% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəlinə nisbətən 3,17% azalıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 2 174 mln. dollar və ya 2,07% azalma göstərib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu ehtiyatlar 11,46% azalıb.

Hesabat həftəsində xarici investorlar Türkiyə maliyyə bazarlarında xalis 868 mln. dollar həcmində qiymətli kağız alıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi