Türkiyənin qızıl-valyuta ehtiyatları 5 mlrd. dollar artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 5 mlrd. dollar artıb Dolların məzənnəsi 2,2% azalaraq 3,78 TRY-ə çatıb
Maliyyə
12 Yanvar , 2017 20:41
Türkiyənin qızıl-valyuta ehtiyatları 5 mlrd. dollar artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin qızıl-valyuta ehtiyatları 31 dekabr - 6 yanvar hesabat həftəsində 4,883 mlrd. ABŞ dolları və ya 4,6% artaraq 110,985 mlrd. dollara çatıb.

"Report" Türkiyə Mərkəzi Bankının (TCMB) rəsmi saytına istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları dəyişməyərək 14,051 mlrd. dollar təşkil edib. Valyuta ehtiyatları isə 4,883 mlrd. dollar artaraq 96,934 mlrd. dollara yüksəlib.

Xatırladaq ki, yanvarın 12-də 3,9423 TRY səviyyəsinə qədər yüksələn dolların məzənnəsi hazırda TCMB ehtiyatlarının açıqlanmasından sonra 3,78 TRY səviyyəsinə qədər geriləyib. Dolalrın məzənnəsində gündəlik azalma 2,2% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi