Türkiyənin qızıl-valyuta ehtiyatları 5 illik minimuma enib

Türkiyənin qızıl-valyuta ehtiyatları 5 illik minimuma enib Azalmanın bir hissəsi dolların ucuzlaşması ilə bağlı olub
Maliyyə
23 Fevral , 2017 17:26
Türkiyənin qızıl-valyuta ehtiyatları 5 illik minimuma enib

Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 11-17 fevral həftəsində 3,749 mlrd. ABŞ dolları və ya 3,43% azalaraq 105,371 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları dəyişməyib, valyuta ehtiyatları isə 3,749 mlrd. dollar və ya 4,04% azalaraq 89,050 mlrd. dollara düşüb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 16,16% artıb, valyuta ehtiyatları isə 3,26% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,69% azalıb.

Qeyd edək ki, qızıl ehtiyatlarında sabitlik qlobal qızıl bazarındakı qiymətlərin dəyişməməsi ilə bağlı olub. Valyuta ehtiyatları isə dolların məzənnəsinin kəskin azalması ilə əlaqədar baş verib. Belə ki, həftə ərzində dollar Türkiyədə 1,8% ucuzlaşıb.

Hesabat dövründə qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 116 mln. dollarlıq satış həyata keçirib. Bundan əvvəlki həftə onlar 140 mln. dollarlıq qiymətli kağızlar alıb.

Nətəcədə, Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının həcmi 2012-ci ilin avqust ayından etibarən ən aşağı səviyyəyə enib.

Son xəbərlər

Orphus sistemi