Türkiyənin qızıl-valyuta ehtiyatları 1,7 mlrd. dollar artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 1,7 mlrd. dollar artıb Qeyri-rezidentlər 18-24 fevral həftəsində Türkiyədə 340 mln. dollarlıq qiymətli kağız alıb
Maliyyə
2 Mart , 2017 20:22
Türkiyənin qızıl-valyuta ehtiyatları 1,7 mlrd. dollar artıb

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 18-24 fevral həftəsində 1,729 mlrd. ABŞ dolları və ya 1,64% artaraq 107,1 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 310 mln. dollar və ya 1,9% azalaraq 16,011 mlrd. dollar , valyuta ehtiyatları isə 2,039 mlrd. dollar və ya 2,29% artaraq 91,089 mlrd. dollara çatıb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 13,95% artıb, valyuta ehtiyatları isə 1,05% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,94% artıb.

Qeyd edək ki,valyuta ehtiyatlarında xarici investorların Türkiyəyə marağının artması ilə əlaqədar olub. Belə ki, hesabat həftəsində qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 338,7 mln. dollarlıq alım həyata keçirib. Onlar 50,9 mln. dollarlıq səhm, 258,4 mln. dollarlıq dövlət istiqrazı və 29,4 mln. dollarlıq özəl sektor istiqrazı alıb. 

Son xəbərlər

Orphus sistemi