Türkiyənin əsas fond indeksi kritik həddi keçib

Türkiyənin əsas fond indeksi kritik həddi keçib Lakin bu həddin üzərində qalması üçün müsbət xəbərlər davam etməlidir
Maliyyə
23 İyun , 2017 10:14
Türkiyənin əsas fond indeksi kritik həddi keçib

Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyənin əsas fond birjası indeksi sayılan "BIST 100" dünən kritik hədd sayılan 100 000 bəndi aşıb. "Report" xəbər verir ki, "BIST 100" indeksinin kritik həddi aşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ilin sonuna qədər uçot dərəcəsini artırmayacağı ehtimallarının güclənməsi amili olub. Belə ki, yaxın iki iclasda FED-in faizləri artırmayacağı ehtimalları 83-99% diapazonunda dəyişir. Dekabr ayı üçün ehtimal isə 57% təşkil edir. Həmçinin, FED-in balansını azaltmaq planlarının yavaş tempdə həyata keçirəcəyini elan etməsi də dolların qlobal valyuta bazarında ucuzlaşmasına səbəb olub. Nəticədə, Türkiyədə dolların məzənnəsi bu ilin ən aşağı səviyyəsinə (3,50 TRY/USD) yaxınlaşıb.

"Report"un analitik qrupu "BIST 100" indeksinin dayanıqlı olaraq 100 000 həddindən yuxarıda qalması üçün Türkiyə və dünya iqtisadiyyatında müsbət dəyişikliklərin olması zəruridir. Əks halda, indeks yenidən 90 000 səviyyəsinə geri qayıda bilər. Müşahidələr göstərir ki, bəzi xarici investorlar Rusiya maliyyə bazarlarını tərk edərək Türkiyə bazalarına keçiblər. Bu isə o deməkdir ki, Türkiyə maliyyə bazarılarında müsbət trend müvəqqəti xarakter daşıyacaq.

Son xəbərlər

Orphus sistemi