Türkiyənin dövlət büdcəsi noyabrda 7,6 mlrd. lirə profisitlə icra olunub

Türkiyənin dövlət büdcəsi noyabrda 7,6 mlrd. lirə profisitlə icra olunub Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət büdcəsi noyabr ayında 7,6 mlrd. lirə profisitlə icra olunub.
Maliyyə
17 Dekabr , 2018 17:29
Türkiyənin dövlət büdcəsi noyabrda 7,6 mlrd. lirə profisitlə icra olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət büdcəsi noyabr ayında 7,6 mlrd. lirə profisitlə icra olunub.

“Report”un verdiyi xəbərə görə, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib.

“Büdcə intizamına ciddi riayət olunması nəticəsində Türkiyənin dövlət büdcəsi noyabr ayında 7,6 mlrd. lirə profisitlə icra olunub. Bu ciddi intizamı qoruyaraq büdcə kəsirinin ÜDM-ə nisbətinin 1,9% olmasına çalışacağıq”, - deyə nazir açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi