Türkiyənin beynəlxalq ehtiyatları 1,2 mlrd. dollar azalıb

Türkiyənin beynəlxalq ehtiyatları 1,2 mlrd. dollar azalıb Son bir ildə azalma 10% təşkil edib
Maliyyə
20 Aprel , 2017 17:12
Türkiyənin beynəlxalq ehtiyatları 1,2 mlrd. dollar azalıb

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 8-14 aprel həftəsində 1,205 mlrd. ABŞ dolları və ya 1,13% azalaraq 105,141 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları dəyişməyərək 17,421 mlrd. dollara, valyuta ehtiyatları isə 1,205 mlrd. dollar və ya 1,36% azalaraq 87,720 mlrd. dollara bərabər olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 23,98% artıb, valyuta ehtiyatları isə 4,71% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,91% azalıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 666 mln. dollar və ya 0,63% artım göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu ehtiyatlar 9,63% azalma göstərib.

Hesabat həftəsində xarici investorlar Türkiyə maliyyə bazarlarından 253,5 mln. dollar həcmində qiymətli kağızlar alıblar.

Son xəbərlər

Orphus sistemi