Yuxarı
    Bağlamaq

    Türkiyədən xarici kapital çıxışı səngiyib

    Son hesabat həftəsində kapital çıxışında azalma 86% olub

    Bakı. 8 dekabr. REPORT.AZ/ Xaricdə yerləşən investorlar bu il noyabrın 26-dan dekabrın 2-dək olan hesabat həftəsində Türkiyənin maliyyə bazarlarından 133 mln. dollar həcmində aktivlərini satıblar. 

    "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, hesabat həftəsində 85 mln. dollarlıq istiqraz və 48 mln. dollarlıq səhm satışı həyata keçirib.

    Bundan əvvəlki həftədə 980 mln. dollar həcmində qeyri-rezidentlərin istiqraz və səhm satışı reallaşdırılıb. Beləliklə, maliyyə bazarlarından kapital axını 86% azalma göstərib. Buna baxmayaraq, maliyyə bazarlarından çıxış davam edir və 2017-ci ildə bu tendensiyanın davam etməsi gözlənilir. Maliyyə bazarlarından çıxışın səngiməsi dolların məzənnəsinə təsir göstərib. Dolların məzənnəsi 3,60 TRY-ə yüksəldikdən sonra 5,5%-ə yaxın azalaraq 3,40 səviyyəsinə düşüb.

    Hazırda qeyri-rezidentlərin İstanbul Fond Birjasında 34,92 mlrd. dollarlıq səhm portfeli, 28,3 mlrd. dollarlıq istiqraz portfeli var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi