Türkiyədə uçot dərəcəsi dəhlizinin yuxarı həddi azaldılıb

Türkiyədə uçot dərəcəsi dəhlizinin yuxarı həddi azaldılıb TCMB sadələşdirilmiş faiz dərəcəsinin tətbiqinə hazırlaşır
Maliyyə
23 Avqust , 2016 18:03
Türkiyədə uçot dərəcəsi dəhlizinin yuxarı həddi azaldılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bir həftəlik repo hərracında faiz həddini 7,5%-də sabit saxlayıb, uçot dərəcəsi dəhlizinin yuxarı həddini isə 8,75%-dən 8,5%-ə endirib. Dəhlizin aşağı həddi 7,25% səviyyəsində saxlanılıb, lakin gec likvidlik pəncərəsi ilə bağlı borcvermə faizi 10,25%-dən 10%-ə azaldılıb. 

"Report" TCMB-yə istinadən xəbər verir ki, mart ayından etibarən Bank faiz dəhlizinin yuxarı həddini azaltmağa başlayıb. Qeyd edək ki, TCMB gələcəkdə faiz dəhlizindən imtina edərək sadələşdirilmiş tək faizin tətbiqinə keçməyi planlaşdırır. Bankdan həmçinin bildirilib ki, turizm gəlirlərinin azalması cari balansa mənfi təsir göstərəcək. Bank gələcəkdə də cari inflyasiyaya uyğun olaraq monetar siyasətini davam etdirəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi