Türkiyədə məzənnə sabitliyinin xarici investisiyalardan asılılığı artır

Türkiyədə məzənnə sabitliyinin xarici investisiyalardan asılılığı artır Bakı. 12 mart. REPORT.AZ/ Türk lirəsinin məzənnəsi üçün zəif nöqtə hesab olunan ölkəyə xaricdən kapital axını məsələsi yenidən aktuallaşır. 
Maliyyə
12 Mart , 2018 12:29
Türkiyədə məzənnə sabitliyinin xarici investisiyalardan asılılığı artır

Bakı. 12 mart. REPORT.AZ/ Türk lirəsinin məzənnəsi üçün "zəif nöqtə" hesab olunan ölkəyə xaricdən kapital axını məsələsi yenidən aktuallaşır. 

"Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici kapital axınına ehtiyacı getdikcə daha çox artır.

İqtisadçılar bildirir ki, Türkiyə bazarına daxil olan xarici investisiya fondları yüksək faiz axtarışındadır. Lakin yerli bazarda investisiya mühitinin pisləşməsi kapitalın əks istiqamətdə hərəkət edəcəyini göstərir.

Qeyd edək ki, Türkiyəyə birbaşa investisiya qoyuluşları nəzərəçarpacaq dərəcədə azalıb. Bu rəqəm (illik birbaşa investisiyalar) ötən il dekabrın 1-nə 8,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin ortalarında müşahidə edilmiş iqtisadi böhran dövründəki göstərici ilə eynidir. Türkiyənin cari balansındakı kəsirin cəmi 20%-nin uzunmüddətli investisiyalar hesabına təmin edildiyi bildirilir. Yəni iqtisadi böhran olarsa, kəsirin əsasən qısamüddətli investisiyalar hesabına bağlanması ciddi problem yarada bilər. 

Qeyd edək ki, Türkiyənin yanvar ayı üzrə illik cari kəsir göstəricisi 51,6 mlrd. dollar təşkil edib. Bu, 2014-cü ilin ortalarından bəri ən yüksək rəqəmdir. 

"Report"un analitik qrupu hesab edir ki, cari balansda kəsirin azaldılmasının yeganə yolu ixracı artırmaq və idxalı azaltmaqdır ki, bu da qısamüddətli perspektivdə türk lirəsinin devalvasiyası ilə mümkün ola bilər.

Son xəbərlər

Orphus sistemi