Türkiyədə kirayə sığortasının tətbiqinə başlanılıb

Türkiyədə kirayə sığortasının tətbiqinə başlanılıb Ondan daşınmaz əmlakını - evini və ofisini kirayəyə verənlər faydalana biləcək
Maliyyə
27 İyun , 2017 11:41
Türkiyədə kirayə sığortasının tətbiqinə başlanılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Türkiyənin sığorta şirkətləri ölkə vətəndaşlarına yeni məhsul təklif etməyə başlayıb.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, söhbət kirayə sığortasından gedir.

Ondan daşınmaz əmlakını - evini və ofisini kirayəyə verənlər faydalana biləcək. Belə ki, kirayənişin 3 ay müddətində kirayə haqqını ödəmədikdə, əmlak sahibinə dəymiş zərəri sığorta şirkəti ödəyəcək.

Kirayə sığortasının qiyməti yüksək olsa da, yeni məhsul bazarda yaxşı qarşılanıb. Artıq yüzlərlə əmlak sahibi onu almaq üçün sığorta şirkətlərinə müraciət edib.

Kirayə sığortası hesabına təkcə kirayə haqqı deyil, kirayənişinin ödəməkdən imtina etdiyi kommunal xidmətlərin haqqını da sığorta şirkətlərindən almaq mümkündür. Bunun üçün sığortaçılara əlavə haqq ödəmək lazımdır.

Qeyd edək ki, kirayə sığortası ABŞ-da, eləcə də bir sıra inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunur. 

Son xəbərlər

Orphus sistemi