​Türkiyədə iqtisadi artım tempi proqnozları üstələyib

​Türkiyədə iqtisadi artım tempi proqnozları üstələyib Əhalinin istehlak xərcləri 7% artıb
Maliyyə
11 İyun , 2016 10:19
​Türkiyədə iqtisadi artım tempi proqnozları üstələyib

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin ilk rübündə Türkiyədə iqtisadi artım tempi illik müqayisədə 4,8% təşkil edib. "Report"un məlumatına görə, ilkin proqnozlar iqtisadi artım tempinin 4,4% olacağını bildirirdi. 

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı 2015-ci ilin son rübündə 5,7%, 2015-ci ilin yekununda isə 4% artıb. 

Türkiyə Statistika İdarəsindən (TÜİK) verilən məlumata əsasən, bu ölkədə ÜDM-in həcmi 2016-cı ilin ilk rübündə 4,8% artaraq 31 679 mln. lirəyə (10 560 mlrd. dollar) bərabər olub. Kənd təsərrüfatı keçən ilin analoji dövrü ilə müqayisədə 2,7%, sənaye 5,9%, xidmət sektoru isə 5,1% artıb. Əhalinin istehlak xərcləri isə real olaraq 6,9% yüksəlib.

Son xəbərlər

Orphus sistemi