Türkiyədə dolların məzənnəsi yenidən 3,70 lirəni ötüb

Türkiyədə dolların məzənnəsi yenidən 3,70 lirəni ötüb Dollarda bahalaşmanın 3,80 lirəyə qədər davam etməsi gözlənilir
Maliyyə
23 Oktyabr , 2017 10:10
Türkiyədə dolların məzənnəsi yenidən 3,70 lirəni ötüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,70 lirə səviyyəsini keçib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, dünən Asiya bazarlarında TRY/USD məzənnəsi 3,72-yə qədər yüksəlib.

Analitiklər Türkiyədə dolların məzənnəsinin sərt yüksəlməsinin digər inkişaf etməkdə olan ölkələrə yayıla biləcəyindən ehtiyat etdiklərini bildiriblər. Dolların yüksəlməsinə səbəb kimi ötən həftənin sonunda Türkiyə Prezidentinin ABŞ-ı tənqid etməsi amili göstərilir.

Qeyd edək ki, hazırda Türkiyədə dolların məzənnəsi 3,70 lirəyə yaxındır. Məzənnənin 3,80 səviyyəsinə qədər artması, lakin ilin sonunda 3,75 səviyyəsində sabitləşməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi