Yuxarı
    Bağlamaq

    ​Türkiyədə dolların məzənnəsi tarixi maksimuma çatıb

    Dolların məzənnəsinin 3 TRY/USD-yə qədər yüksəlməsi mümkündür

    Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Türkiyədə ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi tarixi maksimal həddə çatıb və 2,61 TRY/USD təşkil edib.

    "Report"un verdiyi məlumata görə, dolların beynəlxalq bazarda digər valyutalara qarşı kəskin şəkildə möhkəmlənməsi Türkiyə milli valyutasına da təsir edib. Parlament seçkilərinin yaxınlaşması ilə investorların öz aktivlərini bu valyutadan çıxararaq təhlükəsiz maliyyə alətlərinə yönəltməsi lirənin dəyərinin düşməsini bir qədər də sürətləndirib. Belə ki, 2014-cü ili 2,2 TRY/USD səviyyəsində başa vuran Türkiyə valyutası ilin son ayından etibarən enişə keçib.

    Proqnozlar onu deməyə əsas verir ki, dolların lirəyə qarşı güclənməsi davam edəcək. Çünki beynəlxalq bazarda ABŞ valyutasının möhkəmlənməsi tendensiyasının davam edəcəyi gözlənilir. Bildirmək lazımdır ki, Türkiyədə xarici banklar tərəfindən dollara real tələbat var. Yəni müşahidə olunan məzənnə spekulyativ xarakter daşımır və bu səbəbdən Türkiyə lirəsinin dollara konvertasiyası davam edəcək.

    Türkiyə iqtisadiyyatının göstəricisi olan İstanbul Birjasının əsas səhm indeksi - BİST-100 bu il, fevralın 26-da maksimum səviyyəsi 91 400 bənddən 11% geriləyərək 81 400-ə enib. Ümumiyyətlə , BİST-100-ün tarixi maksimumu (93 400 bənd) 2013-cü il yanvar 5-də qeydə alınıb. Dollar ifadəsində indeks maksimum 5 şərti vahidə çatıb, 2012-ci ildən sonra minimumu 2,6 vahid olub, hazırda isə 3,1 vahid ekvivalentindədir. Əgər 2,6 dəstək səviyyəsində fond bazarına investor gəlməsə, indeks 1,9 səviyyəsinə qədər enə bilər. Bu zaman BİST-100-dən çıxan vəsaitlərin dollara yönəldilməsi qaçılmazdır. O zaman 1 dolların 3 lirəyədək bahalaşması mümkündür.

    Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda Türkiyə kimi inkişaf etməkdə olan ölkələrdən investisiya fondlarının çıxışı baş verir. Bu, həm korporativ, həm də dövlət qiymətli kağızları seqmentində baş verir. Nəticədə bu ölkələrin həssas olan milli valyutaları kəskin şəkildə ucuzlaşır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi