Yuxarı
    Bağlamaq

    Türkiyədə dolların məzənnəsi tarixi maksimal həddə çatıb

    Artıq bu il məzənnə 3,25-3,30 TRY/USD-yə yüksələ bilər

    Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimal həddə - 3,0972 TRY/USD-yə çatıb. "Report" xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi üzrə bu gün axşam açıqlanması gözlənilən məlumatlarla bağlı narahatlıqlar olub. 

    Qeyd edək ki, Türkiyədə dolların məzənnəsinin son maksimal həddi bu ilin iyulun 20-də (3,0965 TRY/USD) qeydə alınıb və dövlət çevirilişi cəhdi ilə bağlı olub. 

    "Report"un analitik qrupu hesab edir ki, Türkiyənin reytinqinin azaldılması bu ölkədən kapital axınına səbəb olduğuna görə, dollara tələbat sürətlənib. FES-in dekabr iclasında uçot dərəcəsini artırmaq niyyətinin daha da güclənməsi ilə məzənnənin daha da artacağı və 3,25-3,30 TRY/USD səviyyəsinə yaxınlaşacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi